Türkiyə, Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə, Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edəcək

13:35 - 18 / 12 / 2017
Türkiyə, Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edəcək

Türkiyə, Azərbaycan və İran XİN rəhbərləri dekabrın 20-i Bakıda keçiriləcək üçtərəfli görüş çərçivəsində regional məsələləri müzakirə edəcək.

1news.az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir.

Məlumatda qeyd olunur ki, nazirlərin görüşü regionda sülhün və sabitliyin təmin olunması prosesinə böyük töhfə verəcək.

Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıda azərbaycanlı və iranlı həmkarları ilə ikitərəfli görüşlərinin keçiriləcəyi bildirilib.

1news.az     

 

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər