Misirli professor BDU-da tələbələrə mühazirə söyləyib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Misirli professor BDU-da tələbələrə mühazirə söyləyib - FOTO

17:27 - 19 / 12 / 2017
Misirli professor BDU-da tələbələrə mühazirə söyləyib - FOTO

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və Azərbaycan Prezidenti yanında Bilik Fondu birgə təşkilatçılığı ilə 18-22 dekabr tarixlərində Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və bu ölkənin məşhur xəttatı Mustafa Məhəmməd Amri Bakıda səfərdədirlər.

1news.az-a Mərkəzdən verilən məlumata görə,  dekabrın 18-də Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində misirli professor Əbdül Rəhim Əl-Kurdi Bakı Dövlət Universitetində tələbələr qarşısında mühazirə söyləyib.

Tədbiri  açan Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov, misirli alimləri iştirakçılara təqdim edib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi çıxışında ərəb dilinin 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında qurumun rəsmi dili elan edildiyini deyərək, 2010-cu ildən etibarən 18 dekabr tarixinin Beynəlxalq Ərəb Dili günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, misirli dilçi alimlərin Azərbaycana səfəri hər iki xalqın arasında mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır.

Süveyş Kanalı Universitetinin professoru mühazirəsində ərəb dilinin tarixi və indiki inkişaf mərhələsi barədə fikirlər səsləndirib. O, bildirib ki,  ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edildikdən sonra  onun öyrənilməsinə dünya vətəndaşlarının tələbatı artdı.

Hazırda Oksford, Kembridc, Sorbonne, Berlin, Sankt Peterburq, Çin, Amerika, Kanada, Avstraliya və Latın Amerikasının nüfuzlu universitetlərində Ərəb dili şöbələri fəaliyyət göstərir.

Misirli alim qeyd edib ki, ərəb dilinə artan marağa görə, dilin sadələşdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür. 

P.Sultanova

               

 

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər