SAM-ın ingilis dilində yeni kitabı Budapeştdə işıq üzü görüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın ingilis dilində yeni kitabı Budapeştdə işıq üzü görüb – FOTO

10:45 - 19 / 12 / 2017
SAM-ın ingilis dilində yeni kitabı Budapeştdə işıq üzü görüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində yeni nəşri – “Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi” mövzusundakı kitabı Budapeştdə işıq üzü görüb.

1news.az-a SAM-dan verilən xəbərə görə, kitab SAM və Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyi yanında Xarici Əlaqələr və Ticarət İnstitutunun (IFAT) birgə əməkdaşlığı ilə ərsəyə gəlmişdir. Kitabda ilk iki fəsil Macarıstan tərəfdən, digər iki fəsil isə Azərbaycanlı müəlliflər tərəfindən yazılıb.

Kitabın elmi redaktoru SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin elmi işçisi, SOAS London Universitetinin İqtisadiyyat üzrə doktorantı Mahir Hümbətovdur.

Kitabda Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyi yanında Xarici Əlaqələr və Ticarət İnstitutunun əməkdaşları Diana Szoke və Zoltan Egeresi “Avropa-Cənubi Qafqaz-Asiya enerji bağı” adlı ilk fəsli yazıb. Macar təşkilatın digər əməkdaşı Gabor Braun isə “Şərq-Qərb dəhlizinin ticarət və logistikası: Avropa-Çin və əks istiqamətdə axınlar və Azərbaycanın rolu” adlı ikinci fəslin müəllifidir. Növbəti fəsil “Azərbaycan üzərində fokuslaşan Şərq-Qərb dəhlizinin nəqliyyat, ticarət, investisiyalar və logistikası” başlığı altında Mahir Hümbətov tərəfindən hazırlanıb. Kitabın “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi: Cənubi Qafqaz üzərində fokuslaşan yanaşma” mövzusundakı son fəslinin müəllifi isə Azərbaycan Dəmir Yolları QSC investisiya şöbəsinin əməkdaşı Gülzar Səlimovadır.

Kitabda ümumi olaraq Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm coğrafi mövqeyə sahib olması və bu mövqedən öz təbii resursları, ticari əlaqələri, investisiya mühiti, idarəetmə qabiliyyəti və s. yollarla səmərəli şəkildə istifadə etməsi bildirilir. Bununla yanaşı, kitabda Avropa ilə Çin arasındakı ticarət əlaqələri, Çindən Avropaya və eyni zamanda, geriyə olan mövcud nəqliyyat dəhlizləri və onların maddi baxımdan sərfəliliyi və təhlükəsizlik baxımından mühümlüyü araşdırılmışdır. Bundan əlavə, Azərbaycanın özünün dəstəklədiyi nəqliyyat dəhlizini rəqabətə davamlı etmək üçün son illərdə həyata keçirdiyi iqtisadi və struktur islahatları, habelə Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar da kitabda yer alan mövzulardandır.

Kitabın məqsədi həm Şərq-Qərb və həm də Şimal-Cənub istiqamətlərindəki bütün nəqliyyat dəhlizlərində Azərbaycanın vacibliyi və əhəmiyyətini oxucuya çatdırmaqdır.

S.Xankişiyeva

Paylaş:
766

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər