Libermandan ermənilərə zərbə | 1news.az | Xəbərlər
Siyasət

Libermandan ermənilərə zərbə

12:19 - 19 / 12 / 2017
Libermandan ermənilərə zərbə

“Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir”.

1news.az  xəbər verir ki, bunu İsrailin müdafiə naziri Avidqor Liberman müxalifətdə olan “Yeş Atid” Partiyasının sədri Yair Lapidin qondarma “erməni soyqırımı”nın tanıması üçün parlamentə təqdim etdiyi layihəyə münasibət bildirərkən deyib.

 “RTV” televiziyasına müsahibəsində nazir bildirib: “Hesab etmirəm ki, tarixən mübahisəli, nəzəri olan bu məsələyə qarışmalıyıq.  Düşünmürəm ki, bu, İsrailin hazırkı mövqeyinə konkret təsir göstərir. Tarix baxımından çoxlu mübahisəli məqamlar var”.

A.Liberman İsrailin “erməni soyqırımı”nı tanımaqdan imtina etməsini həm də ölkəsinin Azərbaycanla sıx əməkdaşlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycanla münasibətlər İsrail üçün çox vacibdir. Hər şeyi yüz dəfə müzakirə etmək lazımdır”.

P.Sultanova

Paylaş:
609

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər