Dorit Sallis: Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq | 1news.az | Xəbərlər
Siyasət

Dorit Sallis: Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq

09:10 - 21 / 12 / 2017
Dorit Sallis: Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq

Azərbaycanın inkişafı, Bakıdakı infrastruktur, ölkənin füsunkar təbiəti və tarixi, insanların qonaqpərvərliyi sayəsində Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq.

1news.az xəbər verir ki, bunu İsveçrə-MDB birgə Ticarət Palatasının icraçı direktoru Dorit Sallis 2025-ci ildə “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar Bern şəhərində keçirilən təqdimat mərasimində AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Azərbaycana ilk dəfə 2003-cü ildə səfər etdiyini xatırladan D.Sallis indiyədək dəfələrlə ölkəmizdə olduğunu və qəlbən özünü Azərbaycana çox yaxın hiss etdiyini bildirib. Ticarət Palatasının rəhbəri qeyd edib ki, Azərbaycan və İsveçrə arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafı onun işinin tərkib hissəsi olduğuna görə, ötən dövrdə ölkəmizlə yaxından tanış olmaq imkanı qazanıb: “Azərbaycan böyük resurslara malik gözəl ölkədir. Bu resurslar təkcə neft və qaz kimi təbii sərvətlərlə məhdudlaşmır. Mən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və yerli məhsulların dünya bazarına çıxarılmasında böyük potensial görürəm. Ölkə müasir innovasiyalar və informasiya texnologiyalarının inkişafına ciddi maraq göstərir. Hesab edirəm ki, yaxşı təhsil görmüş peşəkar insanlar sayəsində Azərbaycan bu sahələrdə də güclü ölkəyə çevriləcək”.

1news.az

 

Paylaş:
622

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər