Papua-Yeni Qvineya sahillərində 100 il bundan əvvəl itmiş sualtı qayıq tapılıb
Axtarış qrupu 1914-cü ildə Papua-Yeni Qvineya sahillərində itmiş Avstraliya hərbi-dəniz qüvvələrinə məxsus “HMAS AE1” sualtı qayığının yerini aşkar edib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sualtı qayığın axtarışı üzrə yeni ekspedisiya ötən həftə işə başlayıb. “Furgro Equator” axtarış gəmisi sualtı qayığı 300 metr dərinlikdə aşkar edib.
“HMAS AE1” sualtı qayığı 1914-cü il sentyabrın 14-də hazırda Papua-Yeni Qvineyanın tərkibinə daxil olan Yeni Britaniya adasındakı Rabaul limanı yaxınlığında tapılıb.
Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, bu, Avstraliya Kral hərbi-dəniz qüvvələrinin və I Dünya müharibəsi zamanı müttəfiqlərin ilk itirdiyi sualtı qayıq olub. Qayığın 35 nəfər heyət üzvünün taleyi Avstraliya hərb tarixində ən müəmmalı məqamlardan biri kimi qeyd edilir.
1news.az