Əmircanda yaşayış binasında partlayış baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmircanda yaşayış binasında partlayış baş verib

13:27 - 23 / 12 / 2017
Əmircanda yaşayış binasında partlayış baş verib

Suraxanı rayonunun Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində partlayış baş verib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın hadisəsi olmayıb.

Nəticədə mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb. Partlayış zamanı ev sahibi yanıq xəsarətləri alıb və ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib. İyirmi nəfər bina sakini əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Aidiyyəti qurumlar partlayış hadisəsi ilə bağlı məlumatlandırılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

S.Xankişiyeva

 

Paylaş:
619

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər