İstirahət gününün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət gününün hava proqnozu açıqlanıb

12:16 - 23 / 12 / 2017
İstirahət gününün hava proqnozu açıqlanıb

Bakı və Abşeron yarımadasında dekabrın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 24-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
692

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər