Əli Əhmədov: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərin icrası üçün ciddi addımlar atır | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərin icrası üçün ciddi addımlar atır

11:41 - 25 / 12 / 2017
Əli Əhmədov: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərin icrası üçün ciddi addımlar atır

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb və bu öhdəliklərin yerinə yetirilməsi üçün ciddi addımlar atılır.

1news.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda çıxışı zaman deyib.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan bu Məqsədlərin həyata keçirilməsi ilə əlaqədar xüsusi milli şura yaradıb. Şuraya kifayət qədər yüksək statuslu dövlət rəsmiləri cəlb edilib:

“Bir çox dövlətlərdə Azərbaycanın bu təcrübəsi diqqətlə qarşılanır. Azərbaycan hökuməti layihənin həyata keçirilməsinə kifayət qədər həssaslıqla yanaşır”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın bu Məqsədlərin həyata keçirilməsi ilə bağlı könüllü milli hesabatı bu il iyulun 19-da BMT-yə təqdim edilib: “Hesab edirəm ki, bu hesabat xüsusi diqqətlə qarşılanıb”.

O qeyd edib ki, Azərbaycan Milli İnkişaf Strategiyasını qlobal layihələrə uyğunlaşdırmaq üçün ciddi iş aparır: "Bütün dövlət strukturlarına Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələr göstərilib".

Ə.Əhmədov əlavə edib ki, parlament Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçriilməsində də xüsusi rol oynayır: “Qanunlar parlamentdə qəbul olunur, ona görə də parlament bu layihənin həyata keçirilməsində mühüm rol oynayır”.

1news.az

 

 

Paylaş:
696

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər