Müdafiə Nazirliyi: Heç bir müraciət diqqətdən kənar və cavabsız qalmır | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Heç bir müraciət diqqətdən kənar və cavabsız qalmır

16:36 - 10 / 01 / 2018
 Müdafiə Nazirliyi: Heç bir müraciət  diqqətdən kənar və cavabsız qalmır

2017-ci il ərzində Müdafiə Nazirliyinə daxil olmuş müraciətlərə baxılması, hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu işi Azərbaycan Konstitusiyasına, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına və mü­dafiə nazirinin müvafiq əmrlərinə əsasən həyata keçirilib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Qeyd edilib ki, Azərbaycanın ali dövlət hakimiyyəti və idarəetmə orqanlarından, nazirliklərdən, ictimai təşkilatlardan və vətəndaşlardan Müdafiə Nazirliyinə daxil olmuş 50 minədək müraciət qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə nazirliyin baş idarə, idarə və xidmətlərində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.

“Müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diq­qət­lə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq təd­birlər həyata keçirilib, həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial mü­dafiəsinin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanları və müvafiq qu­rum­lar­la əlaqələr yaradılıb.

Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və elektron xidmətin təşkili məqsədilə Müdafiə Nazirliyinin “mod.gov.az” rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsində Nazirliyin rəhbər şəxslərinin qəbul günləri, vaxtı, yeri və əlaqə telefonları, eləcə də “[email protected].аz” elektron poçt ünvanı göstərilib.

Və­təndaşlar “Müraciətlər” bölməsinə daxil olaraq onları maraqlandıran 5 minədək sual, tək­lif, sorğu və şikayəti internet vasitəsi ilə Müdafiə Nazirliyinə ünvanlayıb. Müraciət­lə­rin qəbul olunması barədə vətəndaşlara dərhal məlumat verilib, on­ların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin edilib. Bundan əlavə, nazirliyin 912 nömrəli “Qaynar xətt”inə daxil olan müraciətlər araşdırılaraq bir qismi operativ olaraq həll edilib, digərləri isə müvafiq qaydada icra olunub.

2017-ci il ərzində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, eləcə də hərbi hissə və xüsusi təyi­natlı təhsil müəssisələrində təyin olunmuş günlərdə və saatlarda 2 min nəfərdən artıq vətəndaşın qəbulu keçirilib. Qəbul zamanı da­xil olmuş müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.

Bildirək ki, 2018-ci ildə də hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu və mü­raciətlərinə baxılması işinin təkmilləşdirilməsi, həmçinin daxil olmuş müraciətlərin ic­rasına nəzarətin daha da gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tə­rə­fin­dən müvafiq göstəriş verilib”.

1news.az

 

 

Paylaş:
4781

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər