Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplantısı keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplantısı keçirilib

20:40 - 10 / 01 / 2018
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplantısı keçirilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin və psixoloqların iştirakı ilə üçgünlük təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev ötən il hərbi bölmələrdə mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr işinin hərbi qanunvericilik aktlarının tələblərinə uyğun qaydada təşkil olunduğunu xüsusi qeyd edib.

General-leytenant K.Vəliyev bildirib ki, toplantıya cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirəcək, Ali Baş Komandanın və müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.

Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev ötən tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər və bu istiqamətdə 2018-ci tədris ilində qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə mədəni-kütləvi tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.

Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Respublika Hərbi Prokurorluğunun nümayəndəsi, ədliyyə polkovniki İlyas Rzayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvü Vasif Quliyev, Siyasi Psixologiya Mərkəzinin əməkdaşı Zaur Əfəndiyev, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin nümayəndəsi Rafiq Allahverdiyev, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarələri və hərbi hissələrin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinin yüksəldilməsinə dair bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

Tədbirdə 2018-ci ildə mənəvi-psixoloji hazırlığın təşkili üzrə müvafiq tapşırıqlar verilib.

1news.az

Paylaş:
606

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər