ATƏT sədri: Minsk qrupunu dəstəkləməyə davam edəcəyik | 1news.az | Xəbərlər
Siyasət

ATƏT sədri: Minsk qrupunu dəstəkləməyə davam edəcəyik

16:05 - 11 / 01 / 2018
ATƏT sədri: Minsk qrupunu dəstəkləməyə davam edəcəyik

İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək.

1news.az  xəbər verir ki, bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano yanvarın 11-də Vyana şəhərində keçirilən ATƏT-in Daimi Şurasında deyib.

ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, bütün həll olunmamış münaqişələrə diqqətimiz yüksək və dəyişməz olaraq qalacaq: "İtaliya 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur ki, bu, əsas prinsiplərdən biridir".

1news.az  

 

Paylaş:
815

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər