“Elektron hökumət” portalına 3 yeni xidmət inteqrasiya olunub | 1news.az | Xəbərlər
Siyasət

“Elektron hökumət” portalına 3 yeni xidmət inteqrasiya olunub

18:49 - 11 / 01 / 2018
“Elektron hökumət” portalına 3 yeni xidmət inteqrasiya olunub

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Elektron hökumət” portalına təqdim edilən elektron xidmətlərin sayı 22-yə çatdırılıb.

1news.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin “Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu” və “Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətləri “Elektron hökumət” portalına inteqrasiya edilib.

Nazirliyin təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək lazımdır.

“Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətdən istifadə etməklə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəhbərliyinə elektron müraciət etmək mümkündür. Müraciət edən şəxs portalda qeydiyyatdan keçdiyindən onun haqqında olan məlumatlar anket üzərində avtomatik qeyd edilir. İstifadəçi ərizənin məzmunu və sənədlərin növü üzrə digər məlumatları da sistem üzərindən qeyd edib göndərməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət edə bilər.

“Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətdən istifadə etmək üçün ərizəçi fiziki, yoxsa hüquqi şəxs kimi müraciət edəcəyini seçir, sonra ərizənin növünü, texnikanın növünü, marka və modelini, zavod nömrəsini, mühərrik nömrəsini və müfəttişliyi (hansı rayona aid olması), texnikanın adını, rəngini, satış nömrəsini, istehsal ilini və tarixi qeyd edib, lazım olan sənədləri əlavə edərək ərizəni göndərə bilir.

“Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətdən istifadə etmək üçün ilk növbədə istifadəçi öz məlumatlarını qeyd edir. Şəxsiyyət vəsiqəsinin FİN-ni (xidmət qeydiyyatlı olduğundan FİN sistem tərəfindən avtomatik olaraq tamamlanır), elektron ünvanını, mobil telefonunu qeyd edib, anketdə tələb olunan digər məlumatları da seçərək ərizəni göndərir.

1news.az

Paylaş:
868

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər