Lukaşeviç: ATƏT-in İtaliya sədrliyinin Qarabağ münaqişəsinin nizamlanmasındakı səylərini dəstəkləyəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Lukaşeviç: ATƏT-in İtaliya sədrliyinin Qarabağ münaqişəsinin nizamlanmasındakı səylərini dəstəkləyəcəyik

09:35 - 12 / 01 / 2018
Lukaşeviç: ATƏT-in İtaliya sədrliyinin Qarabağ münaqişəsinin nizamlanmasındakı səylərini dəstəkləyəcəyik

Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək.

1news.az xəbər verir ki, bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

"Bərabərhüquqlu əməkdaşlıq əvəzinə "ikili standartlar" görürük və ayrı-ayrı millətlərin və ölkələrin "müstəsnalığı" barədə bəyanatlar eşidirik. Bütün bunlar problemləri və münaqişələri həll etməyə kömək etmir, əksinə onları yaradır", - deyə Lukaşeviç bildirib.

O həmçinin qeyd edib ki, Moskva sədrliyin regional münaqişələrin həlli üzrə səylərinin davam etdirilməsini dəstəkləyir.

1news.az

Paylaş:
600

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər