Siçanlar bankomatdakı pulları yeyiblər – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Siçanlar bankomatdakı pulları yeyiblər – VİDEO

16:34 - 13 / 01 / 2018
Siçanlar bankomatdakı pulları yeyiblər – VİDEO

Qazaxıstanın paytaxtı Astanada siçanlar banklardan birinin bankomatına girərək oradakı pulları yararsız hala salıblar.

1news.az-ın verdiyi xəbərə görə, həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Bank yaydığı açıqlamasında siçanların bankomatlardan birinin kasetindəki pulları yararsız hala salmasını təsdiqləyir. Rəhbərlik son vaxtlar paytaxtda müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar olaraq gəmiricilərin bankomatlara sığındığını bildirib. Eyni zamanda, gəmiriciləri heç bir təhlükə gözləmədiyini açıqlayıb.

Bank dəyən zərəri açıqlamasa da, yerli KİV məbləğin 100 min tenqe (təxminən 300 dollar) olduğunu yazır.

S.Xankişiyeva

Paylaş:
1223

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər