Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir

12:13 - 13 / 01 / 2018
Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının ATƏT-dəki nümayəndəsinin ATƏT-in yeni sədri, İtaliya xarici işlər naziri Angelino Alfanonun bəyanatına cavabında qeyd edilib.

Bəyanatda deyilir ki, uzun müddət davam edən Gürcüstan və Moldovadakı münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi həmişəki kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində  İtaliyanın ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir.

Bəyanatda o da bildirilir ki, Aİ münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir . O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.

S.Xankişiyeva

 

Paylaş:
685

Son xəbərlər

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİBBu gün, 11:32Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12
Bütün xəbərlər