İranda aksiyalar zamanı 25 nəfərin öldüyü təsdiqlənib
İran məhkəmə hakimiyyəti son aksiyalarda ölən və yaralananların sayını açıqlayıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, "Press TV" telekanalı aksiyalar zamanı 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığının açıqlandığı barədə məlumat yayıb.
Bundan əvvəl aksiyalar zamanı 20 nəfərin öldüyü, 450 nəfərin saxlanıldığı açıqlanmışdı.
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da isə paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. İran hakimiyyəti yanvarın 3-də aksiyaların başa çatdığını bəyan edib.
Mövzu ilə əlaqədar oxuyun:
Əhmədinejad İrandakı etiraz aksiyalarını dəstəklədiyi üçün həbs edilib
KİV: İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb
S.Xankişiyeva