Facebook-da dəyişikliklərə görə sərvətindən 3.3 milyard dollar itirdi
Mark Zukerberg Facebook istifadəçilərinin xəbər lentlərində olacaq dəyişiklikləri elan edəndən sonra 3.3 milyard dollar itirib.
1news.az-ın Bloomberg-ə istinadla verdiyi xəbərə görə, beləliklə xəbər lentində dəyişikliklərin olacağı elanından sonra şirkətin səhmlərinin qiyməti 4% aşağı düşüb.
Bunun nəticəsində Mark Zukerbergin 77.3 milyard dollarlıq sərvəti 74 milyard dollara düşüb. Zukerbergin bu dərəcədə vəsait itkisinə görə o, Bloomberg-in dünyanın ən varlı insanları reytinqində 4-cü yerini itirib.
Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, bundan sonra istifadəçilər öz xəbər lentlərində dostlarının və yaxınlarının paylaşımlarını daha çox görəcəklər. Beləliklə şirkətlərin, brendlərin və KİV-lərin kontentlərinin görünüşü bir qədər məhdudlaşdırılacaq.
S.Xankişiyeva