Türkiyədə uşaq pornosunu yayan Ermənistan vətəndaşı həbs edilib
Türkiyədə qonaq tələbə kimi tibbi təhsil alan Ermənistan vətəndaşı M.M uşaq pornoçusu olaraq tutulub.
Qaçırılan və İstismar edilən Uşaqlar Beynəlxalq Mərkəzi şübhəlini yaxalamaq üçün İstanbuldakı kompüterin İP-ni nəzarətə alıb. Araşdırmalar zamanı məlum olub ki, 24 yaşlı gənc minlərlə uşaq istismarını kompüterinə yükləyərək saxlayıb.
Polis M.M-i uşaq istismarı görüntülərini qadağan olunmuş saytlara yükləməsi və yayması səbəbilə həbs edib.
Qeyd edək ki, gənc İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsinin 6-cı kursunda təhsil alır.
S.Xankişiyeva
895