13 uşağını əsir saxlayan valideynlər həbs olundu | 1news.az | Xəbərlər
Dünya

13 uşağını əsir saxlayan valideynlər həbs olundu

16:22 - 16 / 01 / 2018
13 uşağını əsir saxlayan valideynlər həbs olundu

Kaliforniyada 13 uşağını əsir saxlayan valideynlər həbs olunub.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə BBC ABŞ mətbuatına istinadən məlumat yayıb.

57 yaşlı  Devid Alen Törpin və onun 49 yaşlı həyat yoldaşı Luiza Anna Törpinə qarşı bir sıra maddələr, o cümlədən işgəncə və uşaqların həyatını təhlükəyə salma maddəsilə cinayət işi açılıb.

Məlumata görə, Los-Anceles şəhərinin cənub-şərq rayonunda yerləşən Perris qəsəbəsində cütlüyün qaldığı evdə hüquq-mühafizə orqanları əməkdaşları yaşları 2-dən 29-a kimi olan 13 nəfərin acınacaqlı şəraitdə saxlandığını aşkarlayıb.

Polis rəsmiləri bildirib ki, qurbanlar arasında olan azyaşlıların bir çoxu  çarpayılarına qandallanmış vəziyyətdə olub və natəmiz otaq şəraitində saxlanılıb. Valideynlər uşaqlarını nə səbəbə uzun müddət otaqlarda təcrid etdiklərinə dair məntiqli izahat verə bilməyib.

Evdə əsir kimi saxlanılan övladların çoxunun yetkinlik yaşına çatmış (18-29 yaşları arasında) gənclər olması, ümumiyyətlə, polis zabitlərini çaş-baş qoyub.  

“Zərərçəkənlər  natamam qidalanmadan əziyyət çəkib və üst-başları natəmiz olub”, – deyə polis zabiti bildirib.

Azad edilən qurbanların yerli xəstəxanaya təxliyyə olunduğu bildirilir.

Məlumata əsasən, zərərçəkənlərdən biri  bazar günü “təcridxanaya” çevrilmiş otaqdan qaçmağa macal taparaq, evdə tapdığı mobil telefonla 911 təcili yardım nömrəsinə zəng edib.

1news.az

Paylaş:
725

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər