Deputatlarımız yeni reyslə Bolqarıstana yola düşüblər | 1news.az | Xəbərlər
Siyasət

Deputatlarımız yeni reyslə Bolqarıstana yola düşüblər

09:25 - 16 / 01 / 2018
Deputatlarımız yeni reyslə Bolqarıstana yola düşüblər

Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər.

Milli Məclisdən 1news.az-a  verilən məlumata görə, Bolqarıstan Xalq Məclisinin Azərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri Bakı ilə Sofiya arasında ilk birbaşa hava reysindən istifadə ediblər.

Deputatlarımız Bolqarıstan Parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Səfər yanvarın 19-da başa çatacaq.

1news.az

Paylaş:
647

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər