Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

16:18 - 17 / 01 / 2018
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Türkiyənin qərbindəki İsparta vilayətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

1news.az  xəbər verir ki, hadisə yerinə təcili yardım maşınları cəlb edilib. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həlak olub.

CASA tipli “CN 235” hərbi təlim təyyarəsi havaya a qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.

1news.az  

Paylaş:
987

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər