Baş katib: Qarabağ münaqişəsinin həlli BMT-nin builki prioritetlərindən biridir | 1news.az | Xəbərlər
Siyasət

Baş katib: Qarabağ münaqişəsinin həlli BMT-nin builki prioritetlərindən biridir

10:16 - 17 / 01 / 2018
Baş katib: Qarabağ münaqişəsinin həlli BMT-nin builki prioritetlərindən biridir

BMT-nin Baş katibi Antoniu Quterriş rəhbərlik etdiyi təşkilatın 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini açıqlayıb.

1news.az  xəbər verir ki, istiqaməti açıqlayan baş katib əsas diqqəti mövcud münaqişələrə yönəldib.

O qeyd edib ki,  BMT-nin məşğul olacağı vacib məsələlər Yaxın Şərqdəki münaqişələrin və Avropadakı "dondurulmuş" münaqişələrin nizamlanmasıdır.

Onun sözlərinə görə, Avropada münaqişələri həll etmək üçün təhlükəli millətçilik dalğasına qarşı çıxmaq və vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır.

Quterriş əlavə edib ki, söhbət Normand formatı və Şərqi Ukrayna üzrə Üçtərəfli Kontakt qrupundan gedir:

“Həmçinin, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və "Dnestryanı üzrə 5+2" prosesini canlandırmaq lazımdır”. 

P.Sultanova

 

 

Paylaş:
807

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər