Hər gün məktəbə 5 kilometr yolu piyada gedən “Buz uşaq” – FOTO
Dörd fəsli yaşayan bir ölkə olduğumuz üçün hər fəslin dadını doya-doya çıxarırıq. Hər nə qədər “qış fəslini sevənlər, yay fəslini sevənlər” deyə dəli kimi mübahisələrə tutulub ikiyə ayrılsaq da, qarın yağmasını dörd gözlə gözləyən bir çox insan var.
Ölkəmizdə hələ yağmasa da dünya miqyasında fəsil dəyişiklikləri ilə birlikdə bir çox insan həddindən artıq soyuqlarla mübarizə aparır.
Bu ölkələrdən biri də Çindir. Ölkənin Yunnan əyalətində Xinjie qəsəbəsində yaşayan 8 yaşlı Vanq Fuman da bu soyuqlara tutulub və nəticəsində “Buz Uşaq” ləqəbini alıb.
Kenquru.az-ın məlumatına görə, 8 yaşlı Vanq Fuman, hər gün olduğu kimi evindən məktəbinə getmək üçün yola çıxdı və -9 dərəcə temperaturda nə az nə çox 4.8 kilometr gəzdi.
Temperatur təxminən yarım saat ərzində sürətli bir şəkildə -9-a düşmüşdü. Məktəbinə çatdıqdan sonra sinfinə girdi və onu görən yoldaşlarının qəhqəhə ilə ona güldüyünü gördü.
Kiçik uşağın saçları, qaşları, kirpikləri buz bağlamış, yanaqları qıpqırmızı olmuşdu.
Hətta əlləri soyuqdan yanmış və yaralar əmələ gəlmişdi.
Olduqca şirin görünən Vanq Fumanın halını görən müəllimi, onun şəkilini çəkdi və Çinin məşhur mesajlaşma tətbiqi WeChat’da paylaşdı.
Qısa müddətdə bir çox insanın diqqətini çəkdi və dövlətin mətbuat kanallarında “Buz uşaq” adı verildi.
Yoxsulluqla mübarizə aparan Çində sanki bir sosial hərəkat başladan bu şəkil, sosial mediada #IceBoy haştağı ilə minlərlə insan tərəfindən paylaşıldı
Sanki bir simvol halına gələn “Buz uşaq” eyni zamanda uşaqlarını çöldə qoyub şəhərə işləməyə gedən milyonlarla valideyni də gündəmə gətirdi.
Çin ilə əlaqədar böyük bir problemi də ağıllara gətirən bu uşaq, kiçik bir evdə nənəsi və bacısı ilə yaşayır.
Bu fotolardan sonra məktəb və uşaqlar üçün 15 min dollardan artıq maddi yardım edildi və 20 istilik avadanlığı ilə birlikdə uşaqlar üçün 144 isti saxlayacaq geyim bağışlandı.
Vanq Fuman, verilən geyimlər sayəsində məktəbə gedib gələrkən daha az üşüyür. Ancaq bu təbii ki, o və onun kimi minlərlə uşaq üçün daimi bir həll yolu deyil.
1news.az