MN: Erməni hərbçinin Azərbaycan Ordusunun atəşi nəticəsində yaralandığı barədə məlumat yalandır | 1news.az | Xəbərlər
Siyasət

MN: Erməni hərbçinin Azərbaycan Ordusunun atəşi nəticəsində yaralandığı barədə məlumat yalandır

13:52 - 18 / 01 / 2018
MN: Erməni hərbçinin Azərbaycan Ordusunun atəşi nəticəsində yaralandığı barədə məlumat yalandır

Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar yalandır.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir:

“Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.

S.Xankişiyeva

 

Paylaş:
658

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər