Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

16:33 - 18 / 01 / 2018
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

Yanvarın 18-də Bakıda Azərbaycanın Müdafiə Nazirliyi və Pakistanın Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəli 8-ci görüşü başa çatıb.

1news.az-ın məlumatına görə, görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün nəticələrinə əsasən protokol imzalanıb.

1news.az

Paylaş:
629

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər