Sarkisyan hakim partiyanın prezidentliyə namizədini açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Sarkisyan hakim partiyanın prezidentliyə namizədini açıqlayıb

13:13 - 19 / 01 / 2018
Sarkisyan hakim partiyanın prezidentliyə namizədini açıqlayıb

Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.

1news.az “Aysor.am”a istinadən xəbər verir ki, prezident Serj Sarkisyan bu gün bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri, sabiq baş nazir  Armen Sarkisyan olacaq.

Onlar arasında görüş bu gün prezidentin iqamətgahında baş tutub.

A.Sarkisyan 1953-cü ildə İrəvanda anadan olub, 2013-cü ildən Ermənistanın Böyük Britaniyadakı səfiridir. Həmçinin, Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburqda və Vatikada səfir vəzifəsində çalışıb.

O,1996-1997-ci illərdə Ermənistanın baş naziri olub.

Hazırki prezidentin səlahiyyət müddəti bu il aprelin 9-da bitir. Yeni prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək.

Prezident seçkisinin martın 2-də keçirilməsi gözlənilir.

P.Sultanova

Paylaş:
781

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər