Diqqət Afrində: Türkiyə hərbi əməliyyatlara başlayacaq? | 1news.az | Xəbərlər
Siyasət

Diqqət Afrində: Türkiyə hərbi əməliyyatlara başlayacaq?

16:20 - 19 / 01 / 2018
Diqqət Afrində: Türkiyə hərbi əməliyyatlara başlayacaq?

Türkiyənin bir müddətdir ki, Suriyanın Afrin şəhərində terrorçulara qarşı hərbi əməliyyatlar aparacağı məsələsi gündəmdədir.  ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu  PYD/YPG təşkil edəcək 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmağa dair planını açıqlanması bu əməliyyatların həyata keçirilməsini artıq  zəruri edib.  ABŞ-ın rəhbərliyi altında Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil hazırda ordunun yaradılması planı üzərində işləndiyini bəyan edib. Əlbəttə ki, bu birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir və rəsmi Ankara artıq hərəkətə keçib.

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə ordusunun Afrin əməliyyatı zamanı ABŞ və digər müttəfiqlərdən özlərini müttəfiq kimi aparmasını gözləyir: "Biz bölgədə ABŞ-la birlikdə hərəkət edə biləcəyimizi düşünürük. Biz onlardan Türkiyənin qanuni səylərinə dəstək verməyi gözləyirik. Afrin əməliyyatı zamanı onların bölgədəki hərbi qüvvələrinin terrorçularla eyni sırada yer almayacağına ümid edirik. Afrin əməliyyatının da "Fərat qalxanı" əməliyyatı kimi zəfərlə yekunlaşacağına inanıram".  

Ərdoğan ABŞ-ın Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq planının Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratdığını bildirib. O, bir həftə ərzində Afrində hərbi əməliyyata başlayacağını bəyan edib.

ABŞ Dövlət Departamenti isə Türkiyə hökumətini Afrində hərbi əməliyyatlardan çəkinməyə çağırdı. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Heather Nauert tərəfindən verilib. O, Vaşinqtonun Ankaranın bu niyyətinə qarşı olduğunu bəyan edib.

Məsələni şərh edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) direktoru, politoloq  Hasan Oktay  bildirib ki,  Afrin mövzusunda Türkiyənin mövqeyi  çox aydındır. Türkiyəli politoloqun sözlərinə görə,  başda İŞİD terror təşkilatı olmaqla Türkiyə torpaqlarına edilmiş və edilə biləcək olan bütün terror hücumlarına qarşı hər zaman ölkəsini qorumaqda qətiyyətini göstərib və göstərməkdə davam edəcək:  “Afrində ABŞ ilə birlikdə hərəkət etdiyi deyilən və Amerika tərəfindən silahlandırılan bəzi müxalif qruplar Türkiyəyə qarşı bir sıra iddialar irəli sürməkdədirlər. Suriyanın şimalda muxtar bölgələr meydana gətirib və sonra onları birləşdirib dövlət yaratmaq yolunda irəlilədiklərini iddia etməkdədirlər. Bu iddia əlbəttə ki, qəbul edilə bilməz.  Ayrıca Türkiyə açıq şəkildə bəyan edib ki, nəzarətsiz ərazilərdə olan terror qruplarının fəaliyyətinə heç bir halda yol verilməyəcək.

İndi Afrində Amerikanın dəstəyi ilə PYD/ YPG-ni  faktiki olaraq Türkiyəyə qarşı meydana gətirmyə səylər göstərirlər. Türkiyə bu duruma qarşı hərbi müdaxilə yolunu seçərək hər an hərəkətə keçə bilər. Hətta bəzi ərazilərə artilleriya atışları edilib”.

Politoloq vurğulayıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıdığını ən açıq şəkildə ifa edən ölkələrdəndir: “Vəziyyət belə olunca, Türkiyə Suriyadan onun ərazisini  təhdid edəcək heç bir terror qrupuna imkan verməyəcək. PYD/ YPG istədiyi qədər ABŞ-dan yardım alsın, hətta müstəqillik adı altında faktiki vəziyyəti reallaşdırsın, bu, qəbul edilə bilməz və hansı addımlar lazım olacaqsa,  Türkiyə tərəfindən dərhal  atılacaq. Burada gözdən qaçırılmaması lazım olan əsas məsələ budur ki,  ABŞ Suriya siyasətində olduqca sıxışdı və Türkiyə ilə birlikdə başladıqları Suriya siyasətində Ankara amerikalıların səhvlərinə göz yummadı, öz siyasətini həyata keçirməyə başladı. Amerika bu vəziyyətdən narahatdır. İndi ABŞ-ın  PYD/ YPG- ni dəstək siyasəti yeritməsində məqsədin Türkiyəni öz yanına çəkə bilmək olduğu barədə fikirlər də gündəmdədir”.

Türkiyənin Afrində hərbi əməliyyatlar keçirəcəyi halda, ABŞ-ın  hansı addımı ata biləcəyinə gəlincə, H.Oktay deyib ki, ABŞ Suriya siyasətində Türkiyəni Rusyanın yanında  görmək istəmədiyi üçün Afrində təhlükəli bir oyuna cəhd etdi: “Ankara isə buna lazım olan cavabı şərt bir şəkildə verdi. Türkiyə ABŞ-ı terror təşkilatlarına dəstək verməkdə ittiham edərkən terrora qarşı hər cür mübarizəyə də hazır olduğunu bildirdi. ABŞ hazırda Orta Şərqdə ağır günlər yaşayır. Rusiya ABŞ-ın bu addımını yaxşı gördü və Türkiyəni yanında saxlamaq üçün Afrin əməliyyatına göz yumacağını ifadə edir. ABŞ Bəşər Əsədin hakimiyyətdən getməsi və bir çox digər mövzularda Türkiyəni yanında görmək istəyir, amma YPG/ PYD hücumu bir şantaj əməliyyatı olaraq ABŞ-ın əlində partladı. Suriya böhranının müzakirə olunacağı istənilən həll masasında artıq Türkiyə yer alacaq. ABŞ terror təşkilatları üzərindən Türkiyəyə vermək istədiyi mesajı verə bilmədi və bu məsələdə uğursuz oldu”.

Politoloqa  görə,  Rusiyanın Əsəd mövzusundakı yanaşması ilə Türkiyənin mövqeyində bəzi fərqliliklər olsa da, Rusiya Türkiyəni yanında saxlamağa çalışır: “Bu mənada da Afrınə ediləcək hərbi əməliyyatda Türkiyəyə qarşı hər hansı mövqe bildirməyib. “Suriya mövzusunda Türkiyə ilə eyni sırada olan qazanar” anlayışı artıq yavaş-yavaş özünü göstərməkdədir. Rusiya  PYD/ YPG mövzusunda Türkiyənin narahatlığını anlayaraq Suriyada qurulacaq həll masasında Türkiyənin tezislərinə daha çox yer verəcəkdir. Afrin bir terror təşkilatının işğalı altında qalmalı yer olmayaraq ABŞ, Rusiya, Türkiyə arasında çox həssas bir mövzuya çevrilib. İndi Afrindəki terrorçu yuvalarının dağıdılması zamanıdır".

P.Sultanova

Paylaş:
827

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər