Rusiyada yeniyetmələr balta ilə məktəbə hücum ediblər: yaralılar var – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiyada yeniyetmələr balta ilə məktəbə hücum ediblər: yaralılar var – VİDEO

11:08 - 19 / 01 / 2018
Rusiyada yeniyetmələr balta ilə məktəbə hücum ediblər: yaralılar var – VİDEO

Rusiyanın Buryatiya Respublikasının Ulan Ude şəhərində 9-cu sinif şagirdi məktəbə balta ilə hücum edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu gün səhər şəhərin 5 saylı orta məktəbində yeniyetmə 7-ci sinif şagirdlərinə hücum edib, onlara balta ilə xəsarət yetirib və sinif otağını yandırıb. 

Buryatiya Respublika Prokurorluğunun məlumatında bildirilir ki, insident nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 3 nəfərin, o cümlədən müəllimin vəziyyəti ağırdır.

Hücum edən şəxs özünə də xəsarət yetirib. O da xəstəxanaya yerləşdirilib.

Bəzi məlumatlara görə, məktəbə hücum edənlər üç nəfər olub. Onlardan ikisi hadisə yerindən qaçıb gizlənib.

Faktla bağlı iki və daha artıq şəxsə qəsd maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin səbəbi araşdırılır.

S.Xankişiyeva

 

Paylaş:
644

Son xəbərlər

Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTOBu gün, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilibBu gün, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıbBu gün, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTOBu gün, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02
Bütün xəbərlər