Yaponiyada partlamamış mərmiyə görə 2500 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada partlamamış mərmiyə görə 2500 nəfər təxliyə edilib

17:19 - 20 / 01 / 2018
Yaponiyada partlamamış mərmiyə görə 2500 nəfər təxliyə edilib

Yanvarın 20-də Okinava prefekturasında II Dünya müharibəsindən qalan partlamamış mərmi istehkamçılar tərəfindən məhv edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, mərminin zərərsizləşdirilməsi ilə əlaqədar 2500 nəfər yerli sakin təxliyə olunub.

Təqribən 70 santimetr uzunluğunda, 50 kiloqram ağırlığında partlamamış mərmi ötən ilin noyabrında Naha şəhərinin mərkəzində inşa edilən otelin özülündə aşkar edilib.

Mərminin 1945-ci ildə Okinava uğrunda döyüşlər zamanı ABŞ-a məxsus gəmilər tərəfindən atıldığı ehtimal olunur.

S.Xankişiyeva

 

Paylaş:
713

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər