Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlanıb
Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyasına dair növbəti görüşün fevralın 20-dən sonra Bakıda keçirilməsi nəzərdə tutulur.
1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nair müavininin sözlərinə grə, görüşdən sonra Qusar ərazisində Azərbaycan və Rusiya arasında dövlət sərhəd nişanlarının qoyuluş mərasimi keçiriləcək.
X.Xələfov onu da qeyd edib ki, Cürcustanla dövlər sərhədinin delimitasiya uzrə növbəti görüşü bu ilin birinci kvartalına planlaşdırır. O bildirib ki, bu ilin birinci yarısında Bakıda həm ekspertlər səviyyəsində, həm də işçi qrupun rəhbərləri səviyyəsində görüş keçirilməsi planlaşdırılır.
B.Cahandarov
700