Ov iti sahibini güllələdi | 1news.az | Xəbərlər
Dünya

Ov iti sahibini güllələdi

14:54 - 22 / 01 / 2018
Ov iti sahibini güllələdi

Rusiyanın Saratov vilayətinin Krasnokutsk rayonunda ov zamanı bir kişi ölüb.

1news.az-ın Trend.az-a istinadən verdiyi xəbərə görə, 64 yaşlı yerli sakin ov ərazisinə gələrək avtomobilin baqajında saxladığı iki köpəyini açıb buraxıb. Bu zaman oynaşan hevvanlardan birinin pəncəsi yanlarında olan “TOZ-34” markalı ov tüfənginin tətiyinə toxunub. Silahdan açılan güllə ovçunun qarın nahiyəsinə tuş gəlib.

O, atəş səsinə gələn yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

1news.az

Paylaş:
1815

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər