“Neftçi” Antalyada biabır oldu - 1:8 | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” Antalyada biabır oldu - 1:8

20:28 - 22 / 01 / 2018
“Neftçi” Antalyada biabır oldu - 1:8

“Nefçti” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Tərlan Əhmədovun komandası Rusiya Premyer Liqasının sonuncu pilləsində qərarlaşan “SKA-Xabarovsk”la üz-üzə gəlib. Bakı klubu 1:8 hesabı ilə uduzub.

Qeyd edək ki, Xabarovsk təmsilçisi 20 turdan sonra 12 xalla çempionatın sonuncu pilləsində yer alıb.

Yoxlama oyunu

17:00. “Neftçi” (Azərbaycan) – “SKA-Xabarovsk” (Rusiya) - 1:8

Qollar: Dmitri Kabutov, 2, Vladislav Nikiforov, 8, 17, 49, Artyom Samsonov, 10, 20, Nikolay Kalinski, 37, Dmitri Kabutov, 89 - Mirabdulla Abbasov, 85

“Neftçi”nin start heyəti: Rəşad Əzizli, Ruslan Abışov (k), Kirilo Petrov, İlkin Qırtımov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Emin Mahmudov, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov

Ehtiyat oyunçular: Aqil Məmmədov, Elçin Əsədov, Fərid Abbaslı, İqnasio Errera, Roxdi Axente, İqor Sikorski.

1news.az

Paylaş:
927

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər