Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

20:53 - 22 / 01 / 2018
Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

Türkiyə ordusu Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib.

1news.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 2 terrorçu əsir götürülüb.

Burseya dağından PYD/YPG silahlıları Türkiyənin Kilis şəhərini atəşə tuturdular.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Ötən gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

1news.az

Paylaş:
655

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər