Ata qızının rəngindən qorxaraq onu zibil qutusuna tullayıb – VİDEO
Həkimlər uşağın sadəcə olaraq donduğunu bildirsələr də, ata qızının xəstə olduğunu düşünüb.
1news.az-ın life.ru-ya istinadla verdiyi xəbərə görə, Çinin şəhərlərindən birində video kameralara dəhşətli anlar həkk olub.
Belə ki, görüntülərdə atanın yenicə doğulmuş körpə qızını zibil qutusuna atdığı qeyd olunub. Kişi əvvəlcə uşağı kağız paketə yerləşdirərək onu zibilliyə tullayır.
Həmin vaxt küçədə 10 dərəcə şaxta olur. Xoşbəxtlikdən yaşlı qadın körpənin ağlamaq səsini eşidərək onu xilas edir. Polis tez bir zamanda atanı tapıb. O, ifadəsində uşağın bənövşəyi rəngdə olduğunu bildirib. Belə ki, doğuş həkimlərin müdaxiləsi olmadan ev şəraitində keçib. Kişi də uşağın öldüyünü hesab edib.
Həkimlərin müayinəsindən sonra uşağın sağlam olması, rənginin soyuqdan dəyişməsi bildirilib. Hazırda körpə uşaq evindədir.
S.Xankişiyeva