AŞPA İrəvana ciddi təzyiqlər göstərsəydi, Zəhra, Fariz, Aygün bu gün aramızda olardı | 1news.az | Xəbərlər
Siyasət

AŞPA İrəvana ciddi təzyiqlər göstərsəydi, Zəhra, Fariz, Aygün bu gün aramızda olardı

15:54 - 23 / 01 / 2018
AŞPA İrəvana ciddi təzyiqlər göstərsəydi, Zəhra, Fariz, Aygün bu gün aramızda olardı

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun qış sessiyası çərçivəsində keçirilən  Azad Demokratlar Qrupu toplantısında Ermənistan silahlı qüvvələrinin amansızlıqla qətlə yetirdiyi balaca Zəhradan, Fariz və Aygündən, işğal etdiyi Azərbaycan torpaqlarında qətlə yetirdiyi uşaqlardan danışıb.

1news.az xəbər verir ki, millət vəkili Ermənistanın uşaqlara qarşı bu cinayətləri neçə illərdir davam etdirdiyini , bu cinayətləri törədənlərin ədalət qarşısında cavab vermədiklərini vurğulayıb:

“Bu da onu göstərir ki bu cinayətlər Ermənistan rəhbərliyi tərəfindən dəstəklənir. Əgər AŞPA 2005-ci ildə qəbul etdiyi və Ermənistanın artıq 13 ildir yerinə yetirməkdən imtina etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqmətində rəsmi İrəvana ciddi təzyiqlər göstərsəydi, Zəhra, Fariz, Aygün kimi uşaqlar bu gün aramızda olardu. Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə işini bitmiş hesab etməməlidir, həmin qətnamələrin yerinə yetirilməsi istiqamətində təsir və təzyiq mexanizmlərindən də istifadə etməlidir. Və AŞPA bundan sonra da ön cəbhə bölgələrində uşaqların həyatını itirməsini istəmirsə, o zaman qəbul etdiyi sənədlərin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiqlər etməlidir. Eyni zamanda bu kiçik yaşlı uşaqları qətlə yetirən cinayətkarlar, uşaq qatilləri ədalət qarşısında cavab verməlidir. Və onların ədalər qarşısında cavab verməsinə nail olunması üçün AŞPA səylərini artırmalıdır”.

Q.Paşayeva qeyd edib ki,  insan haqlarının müdafiəsi dəyərləri üzərində qurulmiş bu təşkilatdan həmin uşaqların ailəsi məhz bunu gözləyir: “Sadəcə onlar deyil, AŞPA-da hökm sürən ikili standartlar üzündən təşkilata etimadı, inamı azalan bütün azərbaycanlılar da. Azad Demokratlar Qrupunu da fəaliyyətində bu məsələlərə diqqət ayırmağa çağırıram”.

P.Sultanova

Paylaş:
811

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər