Azərbaycanın sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:33 - 23 / 01 / 2018
Azərbaycanın sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasına sədrlik edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səməd Seyidovun sədrlik etdiyi iclasda AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin məruzəsi dinlənilib. İtaliyalı deputat Nunsiya Katalfonun hazırladığı “Vətəndaşların əsas gəliri, özünü müdafiə ideyası” adlı məruzə müzakirə edilib. Məruzədə Avropa ölkələrində yoxsulluğun və bərabərsizliyin artdığı, insanlara ləyaqətli həyat şəraitinin təmin edilməsinin çətinləşdiyi bildirilib. Eyni zamanda, müasir rəqəmsal texnologiyanın inkişafı ilə bir çox iş yerlərinin bağlanması, işsizliyin artması diqqətə çatdırılıb. Məruzədə üzv ölkələrə ünvanlanan bir sıra təkliflər irəli sürülüb.

1news.az

Paylaş:
551

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər