Səfir: "Azərbaycan Prezidenti yaxın vaxtlarda Ukraynaya səfər edəcək" | 1news.az | Xəbərlər
Siyasət

Səfir: "Azərbaycan Prezidenti yaxın vaxtlarda Ukraynaya səfər edəcək"

17:08 - 24 / 01 / 2018
Səfir: "Azərbaycan Prezidenti yaxın vaxtlarda Ukraynaya səfər edəcək"

Azərbaycan Prezidenti İlham Əliyev yaxın vaxtlarda Ukraynaya səfər edəcək.

1news.az xəbər verir ki, bunu  Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Ukrinform”a müsahibəsində bildirib.

 O deyib ki, 2016-cı ildə Ukrayna prezidenti  Pyotr Poroşenko Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı çox vacib razılaşmalar əldə edilib və hazırda həmin razılaşmalar icra olunur.

“Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan Prezidenti  İlham Əliyev Ukraynaya cavab səfəri edəcək. Bu səfər əlaqələrimizin inkişafı və möhkəmlənməsinə daha böyük impuls verəcək”.

Səfir bildirib ki, prioritet istiqamətlər artıq müəyyənləşib və səfər zamanı ikitərəfli əlaqələrə dair sənədlər paketi imzalanacaq. Hazırda sənədlər üzərində iş aparılır.

1news.az

 

Paylaş:
872

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər