Bir əclafın tarixçəsi: erməni qəhrəman Zeynal İbrahimovun 20 Yanvarla bağlı “həqiqətləri” | 1news.az | Xəbərlər
Siyasət

Bir əclafın tarixçəsi: erməni qəhrəman Zeynal İbrahimovun 20 Yanvarla bağlı “həqiqətləri”

17:18 - 24 / 01 / 2018
Bir əclafın tarixçəsi: erməni qəhrəman Zeynal İbrahimovun 20 Yanvarla bağlı “həqiqətləri”

Azərbaycan xalqının qəlbində silinməz yara buraxan 20 Yanvar faciəsi ilə bağlı axan göz yaşları qurumadan, ertəsi gün özünü azərbaycanlı adlandıran (onun azərbaycanlı olması ciddi şübhə doğurur) hər kəsi şoka salan bəyanatlarla çıxış edib.

Hər bir insan danışarkən qəlbindəkini dilə gətirir. Alçaq, yalançı və bütünlüklə Azərbaycanfobiyaya qərq olmuş Zeynal İbrahimov çoxdandır gözlədiyi şöhrətə nail olur. Belə ki, o, Facebook-dakı erməni dostlarının gözündə “tarixi həqiqətlərə” görə “əzab çəkmiş adam” rolunu alıb.

Fotoda: Zeynal İbrahimov

Beləliklə azərbaycanlı “jurnalalist, yazıçı və siyasi mühacir” erməni KİV-inin istəkli qonağı Zeynal İbrahimov “siyasi xəbər” yazır.

“Oğluma 35 məktub” adlanan “əsər” Azərbaycanda 1988-93-cü illəri əhatə edir. “Əsər” Ermənistanda isti qarşılanır və erməni KİV-də çıxış üçün ona imkan da təşkil edirlər. 

Zeynal İbrahimovun fikirləri Azərbaycan, ümumiyyətlə ölkəmizlə bağlı hər şeydə dərin qəzəb və düşmənçiliklə göstərilib. 

Bütün bu fikirlər onun əsl üzünü açıb göstərir. Bunları oxuyarkən insanda belə bir fikir yaranır – Z.İbrahimovda Vətənə qarşı nəinki müqəddəs heç nə, hətta azacıq da olsa düşüncə qabiliyyəti belə yoxdur.

Aşağıda onun xəstə təxəyyülənün bariz nümunəsi olan “əsər”dən hissələr təqdim edəcəyik:

Yanvarın 21-də “Exo Kavkaza” (demək olar ki, “Azadlıq Radiosu”nun Şimali Qafqaz bürosu) saytında “Azərbaycanın qara güzgüsü” başlıqlı Zeynal İbraimovun müsahibəsi dərc edilib (dərcin orijinal variantı saytdan silinsə də, Google da nüsxəsi saxlanılıb).

https://webcache.googleusercontent.com/search?q=cache:I5QvmKE_ETkJ:https://www.ekhokavkaza.com/a/28987916.html+&cd=1&hl=ru&ct=clnk&gl=az

Fotoda: Google-da olan nüsxənin skrin-şotu

Müsahibəni oxuyarkən verilən sualların Katerina Prokofyevanın jurnalist fəaliyyəti kimi deyil, İrəvan siyasi dairələrinin əl işi olduğu təsiri bağışlayır.

Zeynal İbrahimov 20 Yanvar ­– Azərbaycanın Ümumxalq Hüzü Günü ilə bağlı bunları düşünür:

“Birincisi 20 yanvar tarixini 13 yanvardan ayırmaq olmaz. Belə ki, yanvarın 13-də erməni talanları başladı. Biri digərini çəkdi: əgər 13 yanvar olmasaydı, 20 yanvar da olmazdı. Düşünürəm ki, bu tarixlər əvvəlcədən planlanmışdı. Bir məqam da var: qoşunlar yanvarın 20-də – talanlar azalanda yeridildi. Nədənsə qoşunlar 13-də, 14-də və ya 15-də yeridilmədi.

... bu talanlar erməni əhalisinin birdəfəlik və təkrarsız köçməsinə təhrik edildi. Qoşunların yeridilməsi isə rus bölməsinin xaric olunmasına gətirdi. Demək olar ki, qoşunların yeridilməsi ertəsi günü ruslar köçməyə başladı. Beləliklə bir güllə ilə iki dovşan vuruldu: erməni icması köçdü, rus icması da köçdü. Şəhər buraya can atanlar üçün boşaldı. Şəhərə isə rayondan gəlmələr can atırdı”.

Başqa sözlə, İbrahimov açıq-aşkar olaraq baş verən hadisələrdə azərbaycanlıları günahlandırır.

Qarışıqlığa qarşı faktlar

Məlumdur ki, sovet qoşunlarının 20 yanvarda Bakıya daxil edilməsi cəza təhdidi təşkil edirdi.

Fotoda: 1990-cı il yanvar hadisələrindən sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası  

Sover rejimi tərəfindən bu cür taktikalar Varşava müqaviləsi ölkələrində də tətbiq edilib: 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada, daha sonra – və SSR-nin İttifaq respublikalarında: 1986-cı ildə – Alma-atada, 1989-cu ildə – Tiflisdə, 1991-ci ildə – Vilnüsdə…

Fotoda: Vilnüsdə 1991-ci ilin 13 yanvar hadisələri

“Erməni talanlarına” gəlincə Zeynal İbrahhimov belə “ədalət carçısıdırsa” ermənilərin Bakıdan çıxmadan əvvəl baş verənləri xatırlasın.

Nə üçün Z.İbrahimov 1987-ci ildə Ermənistanın Qafan və Meğri rayonlarından Azərbaycana gəlmiş qaçqınları xatırlamır? O, 1988-ci ilin yanvarında Qafandan Bakıya dörd avtobus – bir çoxları döyülmüş, əsasən qocalar, qadın və uşaqlardan ibarət azərbaycanlı qaçqınları xatırlasın.

Həmin illərdə Qafan rayon komitə partiyasının ikinci katibi Aramis Babayan etiraf edib ki, “1988-ci ilin fevral gecəsi iki min azərbaycanlı Qafan rayonunu tərk etdi. Kütləvi surətdə köçün səbəbi isə “şayiələr və təxribatlardır”.

Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci katibi (1983-1988-ci illərdə) Vasiliy Konovalov qeyd edib ki, 1987-ci ilin qışında Azərbaycana Ermənistanın Qafan, Masis, Meğri rayonlarından azərbaycanlı qaçqınlar gəlməyə başlayıb:

“Onları ermənilər qovmuşdu. İnsanlar əllərinə keçən ilk əşyalarla Azərbaycan ərazisinə qaçmışdı. Mən onlarla görüşdüm və indiyədək onların cavabsız suallarını xatırlayıram. “Nə üçün Moskva və Bakı bizi erməni ekstremistlərindən qorumadı?”.

Ermənistandan azərbaycanlıların məcburi surətdə qovulması kortəbii deyil –  Ermənistan rəhbərliyi və xaricdəki diasporada otumuş milliyəçi ermənilərin məqsədli, planlaşdırılmış işididir. Həmin dövrlərdə şovinistlər yaranmış vəziyyətdən istifadə edərək respublikadan azərbaycanlıların tamamilə qovudu. Onlar əmin idi ki, Qorbaçov və onun əhatəsi bu işdə onlara mane olmayacaq.

Beləliklə, 1988-ci ildə etnik təmizlənmə nəticəsində Ermənistan SSR-də ölkə əhalisinin faiz göstəriciləri 98-99% ermənilər təşkil edirdi.

1988-ci il iyulun 19-da “Pravda” qəzetində iyulun 18-də keçirilmiş SSR Ali Sovetinin Rəyasət Heyətinin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında baş vermiş hadisələrə həsr edilmiş iclasından materiallar dərc edilib. Aşağıda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçovla Ermənistan SSR Elmlər Akademiyasının akademiki, İrəvan Dövlət Universitetinin rektoru S.A.Ambarsumyanla dialoqu qeyd edilib:

Qorbaçov: Əsrin əvvəlində İrəvanda Azərbaycan əhalisinin sayı nə qədərdi?

Ambarsumyan: İrəvanda, əsin əvvəlində?

Qorbaçov: Bəli.

Ambarsumyan: Söyləməyə çətinlik çəkirəm.

Qorbaçov: Siz bunları bilməlisiniz. Xatırladım ki, İrəvanda əsrin əvvəlində 43% azərbaycanlı vardı. İndi necə faiz azərbaycanlı var?

Ambarsumyan: İndi çox az. Yəqin ki, 1 faiz.

Qorbaçov: Bununla belə, erməniləri azərbaycanlıların oradan sıxışdırılıb çıxarılmasında ittiham etmək istəmirəm. Görünür, hansısa proseslər baş verib. Bunları araşdırmaq lazımdır.

BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının hesabatına əsasən, azərbaycanlılar 1988-ci ilədək Ermənistanda ən çox etnik azlıqlar olub və yerli hökumət tərəfindən qovulub.

Və ya Sumqayıt hadisələri. Z.İbrahimov SSR Milli Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş, ermənilərin, xüsusilə 3 dəfə məhkum olunmuş Eduar Robertoviç Qriqoryanın fəal iştirakı ilə müşayiət olunmuş bu hadisələri xatırlasın. Təkzibedilməz faktlarla sübut olunub ki, Sumqayıtda qətlə yetirilən 26 ermənidən 6-sı onun payına düşür.

Sumqyıt hadisələri ilə bağlı açılmış cinayət işində cinayətkarlar Qriqoryanın rəhbərliyilə mənzillərə soxularaq zorlanma, döyülmə və ermənilərin öldürülməsi ilə bağlı dəlilər qeyd olunub. Daha sonra o, Ermənistana köçürülüb, sonrakı dindirilmə prosesini isə erməni müstəntiqlər aparıb.

Ermənistan SSR-i Prokurorluğunun binasında həyata keçirilmiş dindirilmənin video-yazısında Meclumyan bacılarının Qriqoryanı tanıyır. Və o, erməni olduğunu bildirərək ittihamları geri götürməyə yalvarır.

Fotoda: zərərçəkmiş Meclumyan məhkəmədə Qriqoryanı tanıyır

Lakin Meclumyan bacıları məhkəmədə Qriqoryanın üzünə deyirlər: “Rəhbər  sən idin”. Meclumyan bacıları kənardan təzyiqlərə baxmayaraq ifadələrini geri götürməkdən imtina edirlər.

Bütün bunlar soyuqqanlı erməni milliyətçiləri Azərbaycanda yaşayan erməni əhalisini zərbə altına salmaları narahat etmir.

Hətta Zeynal İbrahimovun müsahibəsində Qarabağın tarixi mənsubiyyət məsələsi də ruhlandırır:

 “... məsələ burasındandır ki, Azərbaycanda bir neçə “xərçəng şişləri” var. Birincisi – cəmiyyətin ağlına Qarabağın bizim ərazi olması yeridilib. Bu, Azərbaycanın deyil, 1921-ci ildə Azərbaycana yapışdırılmış ərazidir. İkincisi – tarixin saxtalaşdırılması və minillik köklərə sahib xalqın olmasıdır. Düşünürəm ki, bu, cəfəngiyyatdır, xalq üçün alçaldıcıdır – öz tarixi ilə belə rəftar etmək: özünə aid olmayan əfsanəvi qəhərmanları yazmaq, tamamilə absurd tarixi faktları fikirləşmək”.

Deyəsən İbrahimov “tarix bilicisi” kimi özünü qələmə verəcək. Buna görə də onun diqqətinə qısa elmi araşdırma çatdıraq:

1919-cu ilin aprelində müttəfiq dövlətlər Azərbaycan Demokratik Respublikasının (ADR) rəhbərliyi ilə 1919-cu ilin yanvarında Azərbaycanın yurisdiksiyası və Xosrov bəy Sultanovun qubernatorluğu ilə təsis edilmiş Qarabağ baş qubernatorluğunu tanıyıb.

Bu təkzibedilməz faktdır ki, 1918-20-ci illərdə Qarabağ, Zəngəzur və Naxçıvan ADR-in tərkibində idi və müttəfiqlər tərəfindən Azərbaycanın bir hissə olaraq tanınıb.

Baş qubernatorluq bütün Qarabağ üzərində nəzarəti effektv şəkildə həyata keçirirdi. Nəticədə, ermənilər də 1919-cu ildə Azərbaycan hökumətinin Dağlıq Qarabağ ermənilərinin milli məclisini rəsmi şəkildə tanıyıb.

Elə həmin il Anastas Mikoyan Leninə yazır:

“Erməni hökumətinin cəsusları olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə nail olacaqlar. Lakin bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum edilməsi və İrəvanla bağlanmasıdır. Bu, heç vaxt və heç nə ilə bağlı olmayıb. Erməni icma beşinci iclas zamanı qərara alıblar ki, Azərbaycana birləşsinlər”.

Z.İbrahimovun düşündüyü – 1921-ci il Qarabağın “süni surətdə Azərbaycana yapışdırılması” məsələsinə gəlincə, erməni Nazaretyanın səs verdiyi Qafqaz bürosunun qərarına əsasən Qarabağ “verilməyib”, Azərbaycanın tərkibində saxlanılır.

Qafqaz bürosunun qətnaməsində beləcə də qeyd edilib – “Qarabağ Azərbaycanın tərkibində saxlanılsın”.

Eyni zamanda Zəngəzur Azərbaycan ingilab komitəsi tərəfində Ermənistanda 2 dekabr 1920-ci ildə sovet hakimiyyətinin qurulması günü verilir.

Xəstə düşüncə ilə...

Zeynal İbrahimovun sonrakı cəfəngiyyatları ilə ermənilər hələ razılığa gəlməyiblər:

 “Azərbaycanın tarix dərsliklərinin birində qeyd edilib ki, Kolumb azərbaycanlı alimlə məsləhətləşib – hesab edirəm ki, bu, psixiatrların sahəsidir. Əgər Leonardo da Vinçinin anasın azərbaycanlı olması ilə bağlı hansısa məlumat ortaya çıxırsa – düşünürəm ki, bu, Ruhi Dispanserlik məsələdir. Bunu, ən son nümunərlərdə ifadə edirəm”.

Daha sonra isə Z.İbrahimov özünü  “tarix hakimi” kimi qələ verərək Osmanlı İmperiyasında 1915-ci ildə baş vermiş hadisələrə “qiymət” verməyə çalışır.  

 “... Türkiyədə erməni soyqırımının tanınması – tamamilə cəfəngiyyatdır. Birincisi, bu nə zaman Osmanlı İmperiyasında 1915-ci ildə baş verib? Bu zaman Azərbaycan nəinki dünya xəritəsində, ümumiyyətlə yox idi. Bununla yanaşı, ermənilər bu məsələdə Azərbaycana qarşı heç bir iddiaları yoxdur. Çünki həmin dövrlər Azərbaycan yox idi. Bunun Azərbaycana nə aidiyyatı var? Heç bir. Çünki hazırda azərbaycanlılar və ermənilər müharibə edir? Bilirsiniz, məni bu məsələdə Türkiyənin sadiq münasibətindən daha çox Azərbaycan təəccübləndirir”.

Həmin dövrlər Azərbaycanın “olmaması” cəfəngiyyatını iddia edən (Ermənistanın isə dünyanın siyasi xəritəsində hələ dinovazrlar dövründən olmasını düşünən) “jurnalist və yazara”  Azərbaycan xalqı üçün 1915-ci il hadisələri nə üçün doğma olduğunu başa salaq. Belə ki, türk xalqı da Azərbaycan torpaqlarının işğal edilməsini bizim qədər ağrılı qarşılayır.

Dünyada heç bir dövlət Azərbaycan qədər heç vaxt törətmədiyi cinatəydə günahlandırılmayıb. Söhbər soyqırımdan gedir. Həqiqətən də törədilmiş sıyqırımdan, sonradan düşünülməmiş deyil. Erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş məqsədli soyqırım.

Belə ki, bu soyqırımı 1918-ci ilin yazında erməni quldurlarının Bakı, Quba, Qarabağ, Zəngəzur, Şamaxı, Naxçıvanda... törədib.

Belə ki, bu soyqırımda 1992-ci ilin qışında Azərbaycanın Xocalı şəhərinin 613 sakini ermənilər tərəfindən qəddarcasına öldürülüb...

Bütün bu faktları Zeynal İbrahimov məşhur heyvanın tərsliyi ilə görmək istəmir:

“Azərbaycan hər tərəfdə tolerantlıq və multikulturalizm carçısı kimi özünü təqdim etsə də, hazırda isə ölkədə faşist rejimi fəaliyyət göstərir. Həqiqətən də bu, faşist rejimidir, çünki baxça yaşından uşaqların beyninə bu nifrət yeridilir. Lakin qonşu ölkədə belə şey yoxdur”.

İlk olaraq ondan başlayaq ki, “qonşu ölkədə” körpə ana südü ilə qidalanarkən onun genetikasına türklərə qarşı nifrət oyadılır. Körpə ayaq tutanda isə onun beyninə türklərin, azərbaycanlıların – gəlib başını kəsəcək qəddar düşmən olduğu yeridilir.

Faşizmə gəldikdə isə, xatırladığım qədərilə Ermənistanda nasislərin qəhrəmanlaşdırılması dövlət səviyyəsinə qədər yüksəlib. Erməni prezident İrəvanda Hitlerin yaltağı Ndjeyə ucaldılmış heykəlin təntənəli surətdə açılışını edib.

Bütün bunlar Zeynal İbrahimovun sözləri ilə ifadə etsək – bügünkü Ermənistan “faşist Almaniyasının kiçik miniatürüdür”.

 “Azərbaycana iqtidarla müxalifətin qəribə birliyi var. Siz düz buyurdunuz: müxalifətdən heç kəs bu mövzuya aid deyil. Bunlar – Qarabağ, soyqırım, Xocalı faciəsi, tarixin saxtalaşdırlması mövzularıdır. Söhbət dörd məqamdan gedəndə, bütün bunlar təəccüblü şəkildə birləşərir”, - deyə Z.İbrahimov bildirir.

Bəli, Azərbaycan xalqı həqiqətən də ölkə üçün əhəmiyyətli məsələlərdə birləşməyi bacarır. Bu, “müxalifətlə iqtidarın birləşməsi” deyil.

Bu  – xalqın birliyidir.

Zeynal İbrahimovun təfəkkürünü anlamaq olduqca çətindir, atalarımız yaxşı deyib: Meşə çaqqalsız olmaz”.

F.Bağırova

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3724

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər