Azyaşlı qız uşaqlarını zorlayaraq öldürən manyak tutuldu
Zorlanaraq öldürülən 7 yaşlı Zeynəbin və başqa 7 qız uşağının qətlində şübhəli bilinən şəxs saxlanılıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, uzun müddətdir axtarışda olan, tapılmadığına görə ölkədə etiraz aksiyalarının keçirilməsinə səbəb olan şübhəlinin adı Məhəmməd İmrandır. Onun 24 yaşı var. O, Zeynəbi zorlayıb öldürdüyü Kasur vilayətində saxlanılıb.
Onu ömürlük həbs cəzası gözləyir.
Qeyd edək ki, Pakistanda yanvar ayının 5-də itkin düşən Zeynəb təcavüzə uğradıqdan sonra boğularaq öldürülüb. Pakistanda qızın təcavüzə uğradığı xəbərini eşidən sakinlər etiraz aksiyası keçiriblər. Yüzlərlə etirazçı günahkarların tutulmasını tələb edib.
1news.az
887