Səməd Seyidov: Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir

23:39 - 24 / 01 / 2018
Səməd Seyidov: Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir

AŞPA-nın sessiyasında “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, çıxışında “hər birimiz görürük ki, hamımız terrordan əziyyət çəkirik. Təkcə Türkiyə yox, Belçika, Fransa, Niderland, Böyük Britaniya, Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdir”, - deyən Səməd Seyidov terrorun Avropanın bədəninə girmiş xərçəng olduğunu vurğulayıb. “Bir ölkə bu xəstəliyin qarşısını almaq məqsədilə əlindən gələni edir, insan hüquqları üçün normal mühit yaratmağa çalışır, biz isə bunu müzakirə edir, işğal və ya daxili işlərə müdaxilə adlandırırıq. Bu nə işğal, nə də müdaxilədir. Bu terrora, xərçəngə qarşı hərbi əməliyyatlardır. İki istiqamətdə müdafiədir. Beynəlxalq səviyyədə tanınan İŞİD və PKK kimi terror təşkilatlarına qarşı mübarizədir. Hər iki terror təşkilatı bəşəriyyət, Avropa və insanlar üçün təhlükəlidir. Türkiyə bu xərçəngə yoluxmuş əraziləri təmizləməyi, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş şərait yaratmaq üçün bu əməliyyatları başlamağı qərar alıb”, - deyə S.Seyidov vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, bu, beynəlxalq ictimaiyyətə xüsusi ismarıcdır. Türkiyə bəzi ölkələr kimi başqalarının ərazilərini işğal etmək istəmədiyini bəyan edib. BMT və ABŞ-ı məlumatlandırıb ki, beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarına dörd min yük maşını yardım göndərmək regionda böhran vəziyyəti yarada bilər.

“Türkiyə beynəlxalq qurumları məlumatlandırsa da, təəssüf ki, heç bir təşkilat buna məhəl qoymayıb. İndi Türkiyə bizim, övladlarımızın, Bakı, London və digər şəhərlərin təhlükəsizliyi üçün bu əməliyyatlara başlayanda iddia edirik ki, bu, daxili işlərə müdaxilədir. Xeyr, bu, müdaxilə deyil. Türkiyənin bu gün bizim dəstəyimizə ehtiyacı var. Bu, terrorla mübarizənin yeganə yoludur. Ümid edirəm, Türkiyə bunun öhdəsindən gələ biləcək”, - deyə nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb.

1news.az

Paylaş:
716

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər