Səfir Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması barədə danışıb | 1news.az | Xəbərlər
Siyasət

Səfir Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması barədə danışıb

15:40 - 25 / 01 / 2018
Səfir Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması barədə danışıb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ilə görüşüb.

1news.az səfirliyin Tvitter səhifəsinə istinadla xəbər verir ki, görüşdə səfir Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması mövzusunda danışıb, USAID və ABŞ proqramlarının sahibkarlığı təşviq etdiyini, iş yeri, ticarət və rifahı artırdığını qeyd edib.

Diplomat Konfederasiyanın fəaliyyətləri barədə məlumat alıb və qurumun ABŞ səfirliyi ilə daha yaxından çalışma imkanlarını öyrənib.

R.Sekuta Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, iqtisadi islahatlar və böyüməyə dəstəkdə biznes mühitinin inkişafı üçün korrupsiyaya qarşı mübarizə, qanunun aliliyinin gücləndirilməsi, açıqlıq, öngörmə və şəffaflığın artırılması kimi addımların əhəmiyyətini qeyd edib.

P.Sultanova

Paylaş:
639

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər