42 yaşlı qadın 6 kq-dan çox çəkisi olan uşaq dünyaya gətirib
Dağıstanda 42 yaşlı qadın 6 kq-dan çox çəkisi olan uşaq dünyaya gətirib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu, ailənin sayca beşinci uşağıdır. 6 kq 300 qram çəkisi olan uşağın valideynləri mətbuata danışmaqdan imtina ediblər.
Qadın uşağı hər hansı bir cərrahi müdaxilə olmadan, təbii doğuşla dünyaya gətirib.
Həkimlərin sözlərinə görə, körpənin eşitmə problemi var və gələcəkdə digər problemlər də yarana bilər. Bildirilib ki, ağır doğuş ananın da sağlamlığında problemlər yarada bilər.
1news.az
824