Rasim Musabəyov: Serj Sarkisyan AŞPA tribunalarından riyakarlıq yağdırır
Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində çıxış edib.
Azərbaycanlı deputat və politoloq Rasim Musabəyov erməni prezidentin Dağlıq Qarabağla bağlı çıxışını analiz edib. Bununla bağlı Musabəyov Facebook səhifəsində qeyd edib:
“AŞPA-da çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maneəçilik Azərbaycanın danışıqların nəticəsindən maksimalizm gözləməsidir”.
Sarkisyanın fikirlərini sitat gətirən Musabəyov sözlərinə əlavə edib:
“... əgər beynəlxalq ictimaiyyət Azərbaycanın illüziyalardan xilas olaraq həqiqət meydanına gəlməsinə köməklik göstərərsə, düşünürəm ki, qısa zamanda istədiyimiz uğura nail ola bilərik”.
Rasim Musabəyov bu cür fikirlərə müsanibət bildirib ki, məhz Bakının tələbləri beynəlxalq hüquqa uyğundur:
“Xalqların öz müqəddəratını təyinetmə” yalançı bəhanəsi ilə İrəvan Azərbaycana qarşı silahlı zorakılıq tətbiq edib və işğal ilə əldə etdiyi əraziləri danışıqlar vasitəsilə qanuniləşdirməyə çalışır. Ermənilər özləri illüziyalara qapılaraq elə sanırlar ki, bizi xarici himayədarları və lobbiçiləri hesabına qəbuledilməz şərtlərlə razılaşmağa və ya mövcud status-kvo ilə barışmağa vadar edə bilərlər”.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan dövlətinin başçısına müraciətlə deyib ki, siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsindən danışmadınız? Xocalıda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla 600-dən çox insan ermənilər tərəfindən öldürülüb. Bu ittihamlarına cavab olaraq erməni prezident bəyan edib ki, o, “Qarabağ üçün ədalətli mübarizənin” iştirakçısı olduğunu da Musabəyov vurğulayıb.
“Sarkisyan deyib ki, siz mümkünsüzü istəyirsiniz. Siz Qarabağın Azərbaycanın tərkinə qaytarılmasını istəyirsiniz. Azərbaycanda antierməni ritorikası o qədər yayılıb ki, siz açıq surətdə bəyan edirsiniz ki, sizə ermənilərsiz Qarabağ lazımdır. Bu, mümkün deyil. Heç vaxt da olmayacaq”.
Musabəyovun sözlərinə görə, Sarkisyanın sözləri “xəstə həqiqətlərin klinki nümunəsidir”:
“Məhz Sarkisyan, Koçaryan və onların quldur dəstələrinin əməlləri ermənilərlə azərbaycanlılar arasında düşmənçiliyə səbəb olaraq müharibəyə çevrildi. Minlərlə insanın həlak olmasına, milyonlarla azərbaycanlının, eləcə də ermənilərin öz evlərini tərk edərək məcburi qaçqına çevrilməsində məhz onlar günahkardırlar”.
Azərbaycanlı politoloq qeyd edib ki, Qarabağ hadisələrinin təşkilatçıları hakimiyyətə keçərək var-dövlət sahibi olublar. Bunu üçün onlar nəinki azərbaycanlılara qarşı cinayət törətməyiblər, hətta bir çox ermənilərin həyat perspektivlərindən məhrum edilməsinə səbəb olublar:
“Bunun bariz nümunəsi olaraq milyonlarla erməni məcburi surətdə mühacirə çevriliblər. Münaqişənin 25 ili müddətində hər dörd ermənidən biri xarici ölkədə səadətini tapmaq üçün öz ölkəsini birdəfəlik olaraq tərk etdi. Ermənistan iqtisadiyyatı isə hətta sovet dövründəki səviyyəyə belə çata bilmir”.
“Belə olan halda sual yaranır: nə maliyyə, nə də demoqrafik imkan olmadığı halda Azərbaycan torpaqlarını işğal edərək, orada ermənilərin yaşaması üçün müharibə etməyə dəyərdimi?”, - deyə Musabəyov qeyd edib.
O, sözlərinə əlavə edib ki, Serj Sarkisyan və onun ətrafı bilir ki, Dağlıq Qarabağın ayrılması razılığını Azərbaycandan ala bilməyəcəklər. Buna görə də milyonlarla erməninin puç olmuş həyatlarına görə münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqları uzatmağa çalışırlar.
“Bütün bu cəhdlər mənasızdır. Gec, ya da tez cavab vermək lazımdır. Bu işdə heç bir hədə-qorxu, yalan, terror və təxribatlar onlara kömək etməyəcək”.
Tərcümə: S.Xankişiyeva