Sevinc Fətəliyeva: Silahlı münaqişələr zamanı uşaqların müdafiəsi təmin olunmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Silahlı münaqişələr zamanı uşaqların müdafiəsi təmin olunmalıdır

22:32 - 25 / 01 / 2018
Sevinc Fətəliyeva: Silahlı münaqişələr zamanı uşaqların müdafiəsi təmin olunmalıdır

AŞPA-nın qış sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü, Assambleyanın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzəsi dinlənilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, S.Fətəliyeva Avropa Şurasının perimetrində yerləşən Dağlıq Qarabağ regionunda, Suriya, Ukrayna kimi ölkələrdə müxtəlif silahlı münaqişələrin narahatlıq doğurduğunu bildirib. O, bu bölgələrdə hər hansı bir münaqişədə olduğu kimi, uşaqların münaqişənin nəticələrinin qurbanı olduğunu vurğulayaraq, onların müdafiəsinin vacibliyinə toxunub. Bildirib ki, bu bölgələrdə əhalinin böyük əksəriyyəti deportasiyaya məruz qalıb. “Dağlıq Qarabağda gərginlik davam edir və təmas xətti boyunca dəfələrlə zorakılıq aktları nəticəsində uşaqlar, mülki şəxslər həyatlarını itiriblər. Bu regionda son hadisələrdən sonra həmməruzəçilər hər iki ölkəni münaqişəni sülh yolu ilə həll etməyə çağırıblar. Assambleya dəfələrlə münaqişələrlə bağlı qətnamələr qəbul edərək, tərəfləri Avropa Şurasının üzv dövlətləri kimi öhdəliklərinə riayət etməyə səsləsə də, təəssüf olsun ki, sülh hələ də bərqərar olmayıb”-deyə deputat diqqətə çatdırıb.

O, silahlı münaqişələrdə uşaqların zorakılığa və ölümə məruz qalan həssas qrup olduğunu, silahlı münaqişələrdə iştirak etməyə məcbur edildiyini qeyd edib. Zorakılıqlar uşaqları valideynlərindən ayrı salır, ciddi psixoloji zərbə vurur və sonradan onların zorakı davranış almasına səbəb olur.

Silahlı münaqişələr bəzən Avropa sərhədlərindən uzaqlarda görünsə də, dondurulmuş, həllini gözləyən və ya postmünaqişə vəziyyətlər baxımından Avropa narahat olmalıdır.

Deputat qeyd edib ki, Parlament Assambleyası uşaqlarla bağlı silahlı münaqişələrin nəticələrindən, eləcə də bu sahədə beynəlxalq öhdəliklərə riayət edilməməsindən narahatlığını bildirməlidir. “Assambleya üzv dövlətləri davam edən silahlı münaqişələrə son qoymağa töhfə verməyə çağırmalı, silahlı münaqişələrin qurbanı olan, zorakılığa məruz qalan uşaqları müdafiə etməli və dəstəkləməlidir. Üzv dövlətlər münaqişədə olan, eləcə də qaçqınları qəbul edən ölkələrdə uşaqlar və ailələr üçün müvafiq sosial və iqtisadi şəraitin yaradılmasına, beynəlxalq təşkilatlar və ya qeyri-hökumət təşkilatlarının yerlərdə fəaliyyətini asanlaşdırmağa yardım etməlidirlər”, - deyə S.Fətəliyeva bildirib.

1news.az

Paylaş:
1227

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər