Rövşən Rzayev: Ermənistanın müdafiə naziri azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatında iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Rövşən Rzayev: Ermənistanın müdafiə naziri azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatında iştirak edib

17:04 - 26 / 01 / 2018
Rövşən Rzayev: Ermənistanın müdafiə naziri azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatında iştirak edib

Ermənistan rəhbərliyi və ölkənin AŞPA-dakı deputatları tarixi həqiqətləri təhrif etməyi dayandırmalıdırlar. Bu, belə davam edə bilməz. Vətənim Dağlıq Qarabağ, anadan olub böyüdüyüm Şuşa şəhəri bu gün Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Belə bir təşkilatda erməni deputatları “Dağlıq Qarabağda demokratiya var” deyərək yalan məlumatlar verməməlidirlər. Silah gücünə və üçüncü ölkənin hərbi qüvvələri hesabına başqa bir dövlətin ərazilərini işğal altında saxlamaqla necə demokratiyadan danışmaq olar?

1news.az AZƏRTAC-a istinadla  xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev qurumun sessiyası çərçivəsində keçirilən sərbəst müzakirələrdə çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın müdafiə naziri Ohanyan 1992-ci ildə Dağlıq Qarabağda komandir olub və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsində, azərbaycanlılara qarşı etnik təmizləmənin aparılmasında birbaşa iştirak edib. Belə bir vəziyyətdə heç kim demokratiyadan danışa bilməz. Yalnız Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının üzvləri arasında dialoqu, eləcə də itirilmiş etimadı bərpa etməklə ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə töhfə verə və münaqişənin sülh yolu ilə həllinə nail olarıq.

Deputat diqqətə çatdırıb ki, beynəlxalq qurumlar, eləcə də AŞPA ərazi mübahisələrinin nizamlanması istiqamətində prinsipial mövqe göstərməli və dünyada yeni münaqişələrə yol açmamaq üçün bütün separatçı qüvvələrə, eləcə də erməni separatçılarına qarşı mübarizədə ciddi yanaşma sərgiləməlidir.

1news.az

Paylaş:
637

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər