Rusiyalı həmsədr Krakov görüşünün bəzi detallarını açıqlayıb | 1news.az | Xəbərlər
Siyasət

Rusiyalı həmsədr Krakov görüşünün bəzi detallarını açıqlayıb

11:13 - 26 / 01 / 2018
Rusiyalı həmsədr Krakov görüşünün bəzi detallarını açıqlayıb

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər".

1news.az  xəbər verir ki,  bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov APA-ya açıqlamasında Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünü şərh edərkən deyib.

"Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ötən ilin oktyabrında İsveçrədə keçirilən sammitdə danışıqlar prosesinin aktivləşdirilməsi və qoşunların təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsi barədə qərar qəbul olundu. Buna müvafiq olaraq, sammitdən sonra amerikalı və fransalı həmkarlarımla, eləcə də ATƏTsədrinin nümayəndəsi səfir Kaspşiklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə seriya məsləhətləşmələr apardıq. Eləcə də nazirlərə onların iki görüşünün təşkil edilməsinə köməklik etdik. Belə görüşlərdən axırıncısı Krakovda keçirildi. Bu görüşdə əsasən münaqişə zonasında ATƏT müşahidə missiyasının tərkibinin genişləndirilməsi də daxil olmaqla, hərbi risklərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər. Müşahidə missiyasının genişləndirilməsi mexanizmi işə düşməzdən öncə bir sıra texniki detalların razılaşdırılması isə hələ qalır", - deyə İqor Popov vurğulayıb.

Rusiyalı həmsədr Krakovda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair daha mürəkkəb aspektlərin müzakirə olunduğunu da qeyd edib: "Danışıqlarda eləcə də münaqişənin nizamlanması ilə bağlı daha mürəkkəb, nizamlanma prosesinə maneə olan aspektlərin müzakirəsi davam etdirildi. Bu aspektlər yeni deyil, münaqişə tərəfləri onları dəfələrlə səsləndirib. Həmin aspektlər status məsələsinin həlli və ərazi bütövlüyü məsələsinin nizamlanması ilə bağlıdır.

Həmsədrlər tərəfindən söylənilən fikirlər hər iki tərəf üçün məqbul sayılan həll yolunun tapılmasına kömək etmək məqsədi daşıyır. Bizim "üçlüyün" fevral ayının birinci ongünlüyündə regiona nəzərdə tutulan səfəri zamanı və Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərimiz çərçivəsində tərəflərin mövqeyini dəqiqləşdirməyə ümid edirik".

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret təkliflər və ya qərarlar varmı? Gələn ayın əvvəlində regiona səfəriniz zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gündəmdə olacaqmı" sualına rusiyalı həmsədrin cavabı belə olub: "Vasitəçilər kimi biz, ali səviyyədə siyasi dialoqun davam etdirilməsinin tərəfdarıyıq. Bununla belə, yalnız tərəflərin özləri siyasi iradə ortaya qoyaraq, həlli gecikən bu münaqişəyə son qoyacaq kompromisli qərara gələ bilərlər. Eyni zamanda, ali səviyyədə növbəti sammitin keçirilməsi üçün, ilk növbədə, görüşün əsas məzmununun razılaşdırılmasına istiqamətlənən diqqətli hazırlıq işləri görülməlidir. Öz tərəfimizdən Bakı və Yerevana onlara sərfəli olan variantlar təklif etməyə səy göstəririk. Bu barədə regiona səfər zamanı da müzakirə aparacağıq. Tərəflər görüşə hazır olan anda, iki ölkənin liderlərinin iş qrafiki nəzərə alınaraq, sammitin keçirilmə müddəti və formatı daxil olmaqla mövcud variantlar təklif oluna bilər".

1news.az

 

Paylaş:
590

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər