Ərdoğan azərbaycanlı millət vəkilinə təşəkkür edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidova qış sessiyasında "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkürünü bildirib.
1news.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Ərdoğan qeyd edib: "Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm".
Prezident bildirib ki, "Zeytun budağı" yalnız və yalnız terrorçulara qarşı keçirilən hərbi əməliyyatdır.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
1news.az