Dubayda “ağıllı” kameralar quraşdırılacaq | 1news.az | Xəbərlər
Dünya

Dubayda “ağıllı” kameralar quraşdırılacaq

18:51 - 28 / 01 / 2018
Dubayda “ağıllı” kameralar quraşdırılacaq

Dubay küçələrində müxtəlif dövlət qurumları üçün məlumat toplamaq məqsədilə minlərlə kameralar quraşdırılacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “Oyoon” adlı yeni layihə hökumətin Dubayı 2021-ci ilə qədər “ağıllı şəhər” etmək proqramının bir hissəsidir.

Kameralar şəhərdə baş verən cinayətləri, qeyri-qanuni hərəkətləri, yol hərəkəti qaydalarının pozuntusunu izləyəcək. Quraşdırılmış kameralar süni intellekt vasitəsilə insanın iştirakı olmadan ekrandakı canlı mənzərəni analiz edə biləcək. Həmçinin insanların üzünü tanıyacaq, əşyaları və minik vasitələrini müəyyən edəcək. “Ağıllı” kameralar yol hərəkət qaydalarını pozan şəxsləri müəyyən edəndən sonra, polis maşını saxlamadan cərimə yazmaq imkanı qazanacaq.

Qeyd olunur ki, yaxın zamanda bütün kameralar birləşdiriləcək və toplanan informasiya vahid mərkəzə ötürüləcək. Kameraların təkcə yollarda deyil, bütün şəhər ərazisində qurulması nəzərdə tutulur. Dubay polisinin fikrincə, bu tədbirlər şəhərdə fövqəladə hallarda operativ reaksiya verməyə, cinayətlərin azalmasına və şəhərin təhlükəsizliyinin tam təmin olunmasına xidmət edəcək.

S.Xankişiyeva

 

Paylaş:
706

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər