İnsanların kəsmək istədiyi inək zubrların yanına qaçdı – FOTO
Polşanın Skupovo kəndində qəribə və bir o qədər də maraqlı hadisə baş verib.
1news.az-ın Polsat telekanalına istinadən verdiyi xəbərə görə, sahibinin kəsmək üçün bəslədiyi inək Belovejskaya Puşşa milli parkına qaçıb.
Artıq 3 aydır ki, inək milli parkda onu qoruyan və insanları yaxın buraxmayan zubrlarla birgə yaşayır.
İnəyin sahibi jurnalistlərə bildirib ki, heyvan fermadan zədələnmiş hasardan keçərək qaçıb. Başqa inəklər də qaçsa da, sonradan onları geri qaytarmaq mümkün olub. Çünki onların zubrlar kimi müdafiəçisi olmayıb.
Fermer ümid edir ki, tezliklə azad, lakin ac həyat inəyi bezdirəcək və o özü könüllü şəkildə fermaya qayıdacaq.
Onu da qeyd edək ki, 3 aylıq sərbəst həyatdan sonra inək yeni dostlarının əhatəsində çox şən görünür.
Timur Rzayev